Real pula virtual çıxışınız.

virtual-card-mobile-app-screen virtual-card-mobile-app-shadow virtual-card-mobile-app-full

Bizimlə xərclər sərfəlidir!

  • Öz pulunuzu xərcləyin – yüksək keşbek qazanın.
  • Nisyə alış-veriş edin – pulu faizsiz qaytarın.

Artıq nəfər ilkin qeydiyyatdan keçib.

Virtual Card tətbiqi beta versiya ilə yaxın zamanda istifadəyə veriləcəkdir. Qeydiyyat yalnız tətbiq üzərindən aparılacaqdır.

09.01.2022-ci il tarixinədək qeydiyyatdan keçmiş müştərilərin qazanılmış hədiyyə bonusları şəxsi hesablarda öz əksini tapacaqdır.

Üstünlüklər

Sadəcə tədbiqi yükləyərək bütün kartlara sahib olun.

Tam onlayn

Bütün əməliyyatlar tətbiq üzərindən aparılır - nağd pulu, bank kartlarını, kağız daşıyıcılarını unudun!

QR ödəniş

Alış etmək üçün tətbiqlə QR kodu oxumaq kifayətdir.

Real pul

Bonuslarla, pointlərlə və digər fəndlərlə sizi aldatmırıq - yalnız real keşbek.

Pulunuz dəyərdən düşmür

Qabaqcadan ödənişi müəyyən olunmuş müddət ərzində şəbəkəmizdə xərcləyə bilməsəz, avansınız kompensasiya ilə birgə geri qaytarılacaq.

İndi al sonra ödə

Xərclərinizi 3 ay ərzində faizsiz hissə-hissə ödəyin.

Etik yanaşma

Faiz yox, gizli komissiya yox, cərimə yox. İnsan səhhətinə, ailə büdcəsinə və ya sosial normala zidd olan sahələrlə əməkdaşlıq etmirik.

Tez-tez soruşulan suallar

Mobil tətbiq nə zaman hazır olacaqdır?

Virtual Card mobil tətbiqi 2022-ci ilin Yanvar ayında Play Market, App Store və App Gallery-də yerləşdirilərək istifadəyə veriləcəkdir.

Virtual Card hansı bankın məhsuludur?

Virtual Card bank məhsulu deyil. Bu platforma ticarət üzərindən qurulub və alış-veriş, müxtəlif xidmətlərdən istifadəni sadələşdirir. Platforma Finmarket MMC şirkətinin məhsuludur. Şirkətimiz fintech sahəsinə aid bir startapdır. Hal-hazırda ASAN İnnovasiyalar Mərkəzinin nəzdində yaradılmış İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentiyik.

Virtual Card nədir?

Virtual Card alış-veriş və müxtəlif xidmətlərdən istifadə zamanı hesablaşmaları rahatlaşdıran startap layihədir. Partnyor ticarət və xidmət müəssisələrinin komisyonçu agenti qismində çıxış edərək, Virtual Card öz müştərilərinə bir sıra üstünlüklər təklif edir. Əsas fəaliyyət mobil və web tətbiqlər üzərindən qurularaq tam avtomatlaşdırılıbdır.